MƏDƏNİYYƏT

Çingiz bu dəfə "Truth"a yeni nəfəs verdi

Azərbaycanı "Avroviziya-2019"da təmsil edəcək Çingiz Mustafayev tanınmış ifasını fərqli versiyada təqdim etdi
Sputnik

BAKI, 11 aprel — Sputnik. Müğənni Çingiz Mustafayev "Truth" mahnısını bu dəfə daha fərqli formada ifa edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, ifaçı bu haqda "İnstagram" hesabında yeni ifasını və onunla bağlı məlumat paylaşıb.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2019" beynəlxalq musiqi yarışmasında təmsil edəcək müğənni Çingiz Mustafayev səsləndirəcəyi "Truth" mahnısını bu dəfə akustik versiyada ifa edib.