HADİSƏ

Bakıda bankda yanğın olub, ciddi zəhərlənənlər var

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar
Sputnik

BAKI, 11 aprel — Sputnik. “Accessbank”da yanğın baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və 1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.