HADİSƏ

Sumqayıtda daha bir qadın döyülüb

Hazırda qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir
Sputnik

BAKI, 11 aprel - Sputnik. Sumqayıtda 40 yaşlı qadın əri tərəfindən döyülüb.

Sumqayıtda iki qadın və bir uşaq döyülərək xəsarət aldı

ONA-nın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Quliyeva Səidə Adna qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. Xəsarət alan qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və ona tibbi yardım göstərilib.

Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.