BAKI, 10 aprel — Sputnik. Baş nazirin müavini Əli Əhmədov Azərsutikinti Xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.
Sputnik Azərbaycan-ın xəbər verir ki, baş nazirin müavini bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib.
Qeyd edilib ki, yanğından zərər çəkən məcburi köçkünlər müvəqqəti evlərlə təmin olunacaqlar.