RUSİYA

"Neftin hazırkı qiyməti bizi qane edir"

Putin: "Rusiya neft qiymətlərinin nəzarətsiz şəkildə artımına qarşıdır"
Sputnik

BAKI, 10 aprel — Sputnik. "Hazırda bir barel üçün neft qiymətləri Rusiyanı qane edir". Sputnik Azərbaycan "RIA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O, qeyd edib ki, Rusiya neft qiymətlərinin nəzarətsiz şəkildə artımına qarşıdır və bazarın balanslı şəkildə artımının tərəfdarıdır: "Rusiya neft hasilatının həcmləri ilə bağlı həll yollarının tapılması istiqamətində OPEC-lə birgə işləməyə hazırdır".

Qeyd edək ki, hazırda neftin bir barelinin qiyməti dünya bazarında 70 dollardan çoxdur.