HADİSƏ

Göyçayda it dişləyən şəxs quduzluqdan öldü

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, son vaxtlar it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb
Sputnik

BAKI, 10 aprel — Sputnik. Göyçay rayon sakini faciəli şəkildə dünyasını dəyişib.

Zaqatalada qadın quduzluq xəstəliyindən ölüb

Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, rayonun Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Quliyev Qoşqar Əvəz oğlu sahibsiz küçə itinin hücumuna məruz qalıb. İt dişləməsi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Q.Quliyevə quduzluq diaqnozu qoyulub. Tibbi yardıma baxmayaraq Q.Quliyev dünyasını dəyişib.

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, son vaxtlar it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb. Son 3 ayda rayonda 110 nəfər it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib, quduzluğa qarşı vaksinlər vurulub, onların həyatı xilas olunub.