BAKI, 10 aprel - Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyəti artırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Əsasnaməyə görə, indiyə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələri sırasına daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək əlavə olunub. Dəyişikliyə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bu sahədə vəzifəsi artırılıb. Başqa sözlə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bunan sonra daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatını aparacaq və ipoteka kağızına mülkiyyət hüququnu rəsmiləşdirəcək.