Dövlət büdcəsinin 90 milyon manat vəsaiti "havaya sovurulub"

Ziyad Səmədzadə: "Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkarlanıb"
Sputnik

BAKI, 10 aprel - Sputnik. "Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkarlanıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin dünənki plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Hesablama Palatasının hesabatının müzakirə edildiyi iclasda komitə sədri bildirib ki, dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib: "Ötən il bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub".