BAKI, 10 aprel — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Sputnik Azərbaycan “News.am”a istinadən xəbər verir ki, o, Xankəndində Dağlıq Qarabağdakı erməni sepratçılarının rəhbəri Bako Saakyanla görüşüb.
Görüşdə təmas xəttindəki vəziyyət müzakirə edilib.