RUSİYA

Putin: "Avropa İttifaqı sanksiyalara görə 50 milyard avro itirib, biz isə 25 milyard"

Kreml rəhbəri: "Rusiya sanksiyalara görə Avropaya nisbətdə iki dəfə az itirib"
Sputnik

BAKI, 10 aprel — Sputnik. "Sanksiyalar geosiyasi mübarizə alətindən manipulyasiya aləti və rəqabətlə mübarizə vasitəsinə çevrilib". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya sanksiyalara görə Avropaya nisbətdə iki dəfə az itirib: "Avropa Komissiyasının qiymətləndirməsinə görə, sanksiyalara görə, Avropa İttifaqı 50 milyard avro itirib. Rusiyanın itkiləri isə 25-26 milyard avro dəyərində qiymətləndirilir. Aydındır ki, İttifaq bizdən daha çox itirir".