"Qırmızı siyahı" ilə axtarılan terrorçu türk ordusunun "Pəncə"sinə düşdü

"Savaş Porsipi" kod adı ilə tanınan Mehmet Soysüren terror təşkilatının "xüsusi təyinatlılarına" rəhbərlik edib
Sputnik

BAKI, 9 aprel — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında hərbi əməliyyat keçirib. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Türkiyə Müdafiə Nazirliyinin "qırmızı siyahı"sında olan yüksək rütbəli PKK yaraqlısı Mehmet Soysürən zərərsizləşdirilib.

Məlumata əsasən, terrorçu üç günlük izləmədən sonra "Pəncə" əməliyyat çərçivəsində zərərsizləşdirilib. "Savaş Porsipi" kod adı ilə tanınan Mehmet Soysüren terror təşkilatının "xüsusi təyinatlılarına" rəhbərlik edib.