HADİSƏ

Dövlət Gömrük Komitəsi yayılan məlumatı təkzib etdi

Dövlət Gömrük Komitəsi mediada yayılan məlumata aydınlıq gətirdi
Sputnik

BAKI, 9 aprel — Sputnik. Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb. Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən verilən məlumatda qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edir:

“Gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər. Qeyd edirik ki, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu  videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur”.