Daha bir küçə kəsişməsinə sarı tor çəkiləcək

Sarı kəsişmə toru nişanlanması kəsişmələrdə tıxacların aradan qalxmasına ciddi təsir göstərir
Sputnik

BAKI, 9 aprel — Sputnik. Bakıda daha bir yol kəsişməsinə sarı tor nişanlanması çəkiləcək. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti belə nişanlanma bu axşam S.Vurğun və M.Füzuli küçələrinin kəsişməsində tətbiq olunacaq.

Xatırladaq ki, BNA-nın təşəbbüsü ilə Bakının nəqliyyat sistemində yenilik olan sarı kəsişmə toru nişanlanması kəsişmələrdə tıxacların aradan qalxmasına ciddi təsir göstərir. S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil edilən bu nişanlanma müsbət nəticəsi hiss edilməkdədir.