BAKI, 9 aprel — Sputnik. Bu gün səhər saatlarından etibarən paytaxtın Ə.Haqverdiyev küçəsində sıxlıq yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda yaranan sıxlığın səbəbi aydınlaşıb:
Paytaxtın mərkəzindəki sıxılığın səbəbi bilindi - FOTO
© Sputnik / Irade JELIL
"Həmin ərazidən elektrik xətti keçdiyi üçün ötən gün gecə saatlarından etibarən təmir işləri aparılırdı. Qazıntı işlərinə görə səhər saatlarında ərazidə müəyyən sıxlıq yaranmışdı. Bu sıxlığın qısa zamanda aradan qaldırılması üçün əməkdaşlarımız qeyd olunan əraziyə cəlb olunub. Sıxlığın aradan qaldırılması üçün ərazidə asfaltlanma işləri aparılıb. Artıq ərazidə işlər yekunlaşıb".