CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin plenar iclası başlayıb

İclasda 20 məsələyə baxılacaq
Sputnik

 

BAKI, 9 aprel — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib.

İlk olaraq Hesablama Palatasının hesabatı dinləniləcək. İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" Sazişin təsdiq edilməsi məsələsinə baxılacaq.

Kriminal avtoritetlərlə bağlı qanun sərtləşdirildi

"Gömrük tarifi haqqında", "Banklar haqqında", "Fitosanitar nəzarəti haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Balıqçılıq haqqında", "Elektroenergetika haqqında", "Nəqliyyat haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Aviasiya haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlarda dəyişikliklər də bu gün müzakirə ediləcək.

İclasda Ailə, İnzibati Xətalar, Vergi, Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti, Gömrük məcəllələrinə, "İctimai iştirakçılıq haqqında", "Dəniz limanları haqqında", "Yaşıllıqların mühafizəsi haqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Turizm haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Ümumi təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Millət vəkilləri "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Auditor xidməti haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında", "Kişik sahibkarlığa dövlət köməyi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında", "Kredit ittifaqları haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Kommersiya sirri haqqında", "Banklar haqqında", "Mühasibat uçotu haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "İnformasiya əldə etmək haqqında", "Daxili audit haqqında" və "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" qanunlarda dəyişiklikləri müzakirə edəcəklər.

Plenar iclasda həmçinin "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.