CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlament Hesablama Palatasının hesabatını qəbul etdi

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib
Sputnik

BAKI, 9 aprel - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı müzakirə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat verərək yoxlamalar nəticəsində aşkar olunan nöqsalar haqqında məlumat verib. O qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib.

O bildirib ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.