CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatala sakininin həyətindən naməlum skelet tapılıb - FOTOLAR

Skeletin qabaq ətrafı yoxdur, iki arxa ətrafı var. Skeletin uzunluğu 50 sm-dən yuxarıdır.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  28 yanvar— Sputnik. Zaqatala rayonun Muxax kənd sakini Etibar Çobanova məxsus fərdi yaşayış evinin zirzəmisində təmir işləri aparan zaman naməlum heyvan skeleti tapıb.

Zaqatala sakininin həyətindən naməlum skelet tapılıb - FOTOLAR

Kənd sakininin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, evin döşəməsini sökərkən naməlum heyvana məxsus skelet tapıb. Skeletin hansı heyvana məxsus olduğu bilinmir. Skeletin qabaq ətrafı yoxdur, iki arxa ətrafı var. Skeletin uzunluğu 50 sm-dən yuxarıdır.

Zaqatala sakininin həyətindən naməlum skelet tapılıb - FOTOLAR

E.Çobanov evin zirzəmisində söküntü işləri aparan zaman bir müddət əvvəl də belə skeletin eynisini tapdığını və onu sobada yandırdığını bildirib.

Zaqatala sakininin həyətindən naməlum skelet tapılıb - FOTOLAR