HADİSƏ

Qaxda uşaqların ehtiyatsızlığı güclü yanğına səbəb olub

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Qax rayonunun Əmbərçay kəndində yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Füzuli Rəşidova məxsus tövlə içindəki otla birlikdə yanıb.

Yanğın ehtiyatsızlıq üzündən baş verib. Belə ki, kənd sakinin nəvələri tövlənin ətrafında alışqanla oynayarkən alışqanı ot tayasına yaxınlaşdırıblar. Elə yanğın da həmin an baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.