Ukraynada inanılmaz qalmaqal: Qubernator Poroşenkonun fərmanını rədd etdi

Poroşenko ona öz istəyi ilə ərizə yazmağı təklif edib, lakin o bundan imtina edib
Sputnik

BAKI, 8 aprel — Sputnik. Səlahiyyət müddəti davam edən Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə işdən azad olunan Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Stepanov vəzifəsini tərk etməkdən imtina edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Poroşenko imzaladığı fərmanda Stepanovun yerinə müvəqqəti qubernator olaraq Sergey Paraşenkonu da təyin edib.

Ukraynada inanılmaz qalmaqal: Qubernator Poroşenkonun fərmanını rədd etdi

Stepanov bəyan edib ki, "heç bir ərizə yazmayıb", onun imzaladığı fərman isə qanunsuzdur: "O (Pyotr Poroşenko – red.) prezident səlahiyyətlərini aşıb".

Siyasətçi vurğulayıb ki, prezident yalnız Nazirlər Kabinetinin göstərişi ilə Vilayət Administrasiyası rəhbərini təyinetmə və ya işdən uzaqlaşdırmaq səlahiyyətinə malikdir.

Stepanov qeyd edib ki, Poroşenko ona öz istəyi ilə ərizə yazmağı təklif edib, lakin o bundan imtina edib.

"Strana.ua" saytının versiyasına görə, Stepanovun işdən uzaqlaşdırılması Pyotr Poroşenkonun bu regionda prezident seçkiləri zamanı aşağı səs toplaması ilə bağlıdır.