QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyanın xanımından sensasion açıqlama: "Əsgərlərimiz mənasız yerə Qarabağda ölüblər"

ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi "Təbəssüm şəhəri" Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib
Sputnik

BAKI, 8 aprel — Sputnik. "Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib".

Sputnik Azərbaycan "Yekramas" nəşrinə istinadən xəbər verir ki, bu sensasion açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Amerikanın səsi" radiosunun erməni redaksiyasına müsahibəsi zamanı verib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Akopyan qeyd edib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həlak olub.

Xatırladaq ki, Ermənistanın baş nazirinin həyat yoldaşı hazırda ABŞ-dadır. ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi "Təbəssüm şəhəri" Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib.