CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soğan, kartof və kələmin qiyməti ilə bağlı məlumat yayıldı

Atılmış addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir
Sputnik

BAKI, 8 aprel — Sputnik. Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib.  İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi birgə məlumat hazırlayıb.

Azərbaycana gətirilən 26 ton zərərli kartof geri qaytarılacaq

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib" – deyə verilən məlumatda qeyd olunub.

Birgə yayılan məlumatda bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

"Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək" – deyə verilən məlumatda əlavə edilib.