CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlər məcburiyyətlərdən yaxa qurtara bilmirlər - Bakıda etiraz

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə sakinləri səbrli olmağa dəvət edir
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Bakı şəhərində yataqxanalarda, məktəb, peşə liseyi və bağça binalarında minlərlə məcburi köçkün yaşayır. Eyni zamanda, Prezidentin müvafiq sərəncamı ilə məcburi köçkün ailələri hissə-hissə mənzillə təmin olunur.

Məcburi köçkünlər məcburiyyətlərdən yaxa qurtara bilmirlər - Bakıda etiraz

Bu gün köhnə Suraxanı kənd 1 saylı texniki peşə məktəbində məskunlaşmış məcburi köçkünlər mənzillə təmin edilmək tələbi ilə etiraz aksiyası keçiriblər. Hadisə yerində olan Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, sakinlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayevdən narazı olduqlarını dilə gətiriblər.

Onlar bildiriblər ki, bir neçə ay əvvəl R.Rzayev onlarla görüşərək, məcburi köçkünlərin Kürdəxanı qəsəbəsində mənzillə təmin ediləcəklərini bildirib. Məcburi köçkünlər, hətta gedib mənzillərin yerləşdiyi əraziyə də baxıblar.

Məcburi köçkünlər məcburiyyətlərdən yaxa qurtara bilmirlər - Bakıda etiraz

Amma sonradan nə olubsa, mənzil bölgüsü zamanı onlara mənzil verilməyib. Müvafiq qurumdan isə bildirilib ki, "sizə mənzil Qobu qəsəbəsində veiləcək". Amma nə vaxt? O da deyilməyib.

Sakinlər Qobu qəsəbəsində yaşamaq istəmirlər. Deyirlər ki, "əgər bizə ev veriləcəksə, Kürdəxanı, Məhəmmədi ərazilərində verilsin".

85 yaşlı məcburi köçkün Tavat Çıraqovanın sözlərinə görə, 20 ilə yaxındır ki, bu məktəbdə məskunlaşıblar. Zəlzələdən sonra bina qəzalı vəziyyətə düşsə də, Fövqəladə Hallar Nazirliyi baxış keçirib və bina təmir edilib.

Sakinlərin fikrincə, bu təmir əsaslı olmayıb. Yəni sadəcə fasad boyanıb, bir-iki yerə də suvaq vurulub. Amma zaman keçdikcə bina aşınmaya məruz qalıb və yararsız vəziyyətə düşüb.

Məcburi köçkünlər məcburiyyətlərdən yaxa qurtara bilmirlər - Bakıda etiraz

Binanın içərisinə daxil olanda elə düşünürsən ki, sanki bu saat çökəcək. Binada pilləkənlərin alt hissəsində olan istinad divarı çökməyə meylli şəkildə əyilib.

Hazırda sözügedən binada 60-a yaxın məcburi köçkün ailəsi yaşayır. Əgər buna yaşamaq demək olarsa... Döşəmələr çürüyüb, dağılıb, tavandan su damır. Kənardan binaya baxanda elə təəssürat yaranır ki, binanın birinci mərtəbəsi çöküb.

Digər sakin Köçəri İbrahimovun sözlərinə görə, onlara QMKİDK-dan dən tezliklə köçürüləcəklərini deyiblər: "2000-ci ildə zəlzələ oldu. Bina qəzalı vəziyyətə düşmüşdü. Gəlib yüngülvari təmir etdilər. Ancaq 2000-ci ildən sonra hər il bizə dedilər ki, "sizi köçürəcəyik"".

"Aradan 19 il il keçib, hələ də köçürülürük. Amma ortada heç nə yoxdur. Bizim iş yerimiz də bu binadadır. Biz buranı tərk etsək, ac qalacağıq. Bizə Kürdəxanıda ev verilsə, daha rahat olar" - o bildirib.

Onu da qeyd edək ki, 108 saylı Kəlbəcər rayon məktəbi də bu binada yerləşir. Sakinlər həmin məktəbdə 10 sinifin olduğunu qeyd edirlər. "Məktəb"-in sinif otaqları, dəhlizi tamamilə sıradan çıxıb. Döşəmələr yamaq-yamaqdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ev bölgüsünü Komitədə yaradılmış müafiq Komissiya araşdırır.

"Həmin Komissiya tərəfindən ağır şəraitdə yaşayan məcburi köçkünlər müəyyən edilir və onlar arasında daha ağır şəraitdə yaşayanlar köçürülür. Yəni bu peşə məktəbində yaşayan sakinlər də köçürüləcək. Vaxtı gələndə…" - o, əlavə edib.