BAKI, 8 aprel — Sputnik. Gürcüstan parlamenti bazar ertəsi üçüncü oxunuşda hökumətin irəli sürdüyü 11 və 12-ci siniflər üçün buraxılış imtahanının ləğv olunması haqqında qanun layihəsini qəbul edib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, "Qanun layihəsinin lehinə 80 deputat, əleyhinə isə 8 deputat səs verib" - deyə Gürcüstan parlamentinin vitse-spikeri Gerogi Volski bildirib.
"Ümumi təhsil haqqında" qanun layihəsinə edilən dəyişikliklər rəsmi qurumda dərc olunduğu gündən etibarən qəbul olunur.
Qeyd edək ki, Gürcüstan məktəblərində şagirdlər iki mərhələdə - 11 və 12-ci siniflərdə buraxılış imtahanlarında iştirak edirlər.