RUSİYA

Ərdoğandan yeni hərbi əməliyyat anonsu - Moskvada mühüm anlaşma gözlənilir

Türkiyə prezidendi: "Bizim sərhəddə əməliyyata hazırlığımız başa çatıb, əməliyyat üçün hər şey hazırdır"
Sputnik

BAKI, 8 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Türkiyənin Suriyada yeni hərbi əməliyyatını müzakirə etmək niyyətindədir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hər iki ölkənin lideri bu gün Moskvada bir araya gələcək.

Moskvadan Suriya ilə bağlı Təl-Əvivə xəbərdarlıq: "Vaxtında deyin"

"Bizim sərhəddə əməliyyata hazırlığımız başa çatıb. Əməliyyat üçün hər şey hazırdır. İstənilən vaxt biz əməliyyata başlaya bilərik. Rusiyaya səfərim zamanı biz bu məsələni də digər məsələlər sırasında üz-üzə müzakirə edəcəyik" – deyə Ərdoğan Moskvaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Moskvada görüşəcəklər. Həmçinin, bu ölkələrdən olan iş adamları ilə görüş keçiriləcək.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlər Böyük Teatra gedəcəklər: "Liderlər orada mədəniyyət və turizm illərinin açılışı mərasiminə qatılacaqlar. Liderlər açılış mərasimində nitq söyləyəcəklər".