BAKI, 7 aprel - Sputnik. Şimal-qərb bölgəsində, Balakən, Zaqatala və Qax rayonunda zəlzələ olub.
Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ ətraf rayonlarda, o cümlədən Azərbaycanın şimal-qərb bölgəsində 3 bala qədər hiss olunub.
Yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 15 km olub.