MƏDƏNİYYƏT

Qulu Ağsəs Nəsimiyə həsr olunan qiraət müsabiqəsindən danışdı

“Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəs deyir ki, gənclər isə yeniliyə meylli olduğu üçün içimizdə qorxu, həyəcan və tərəddüd var idi
Sputnik

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilir.

Müsabiqənin münsiflər heyətinin üzvü, “Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəs Sputnik Azərbaycan-a deyir ki, müsabiqəyə qatılan gənclərin Nəsimiyə münasibəti çox sevindiricidir:

“Nəsimiyə olan münasibət minnətdarlıq duyğusudur. O böyük azərbaycanlıdır və biz çox şeyə görə ona borcluyuq. Orta və yaşlı nəslin nümayəndələrinin klassikaya münasibəti birmənalıdır. Ancaq gənclər isə yeniliyə meylli olduğu üçün içimizdə qorxu, həyəcan və tərəddüd var idi. Dünənki tədbirdə isə gənclərin Nəsimiyə olan münasibəti çox gözəl idi. Müsabiqə davam edir və qaliblər aprelin 20-də Muğam Mərkəzində mükafatlandırılacaq”.

Qulu Ağsəsin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz