HADİSƏ

Gəncə sakini özünü dördüncü mərtəbədən atmaq istəyib

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb
Sputnik

BAKI, 7 aprel - Sputik. Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

FHN-dən verilən məlumata görə, Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.