HADİSƏ

Sumqayıtda evdə partlayış baş verib, yaralananlar var

Faktla bağlı polis idarəsində araşdırma aparılır
Sputnik

BAKI, 7 aprel - Sputnik. Aprelin 7-də səhər saatlarında Sumqayıt şəhərinin “Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.

Faktla bağlı polis idarəsində araşdırma aparılır.