HADİSƏ

Sel Azərbaycanın bu bölgəsinə ciddi ziyan vurdu

Şamaxıda sel suları körpüyə, elektrik dirəklərinə və su xəttinə ziyan vurub
Sputnik

BAKI, 7 aprel - Sputnik. Şamaxı rayonunda Pirsaat çayına gələn güclü sel təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

ONA-nın xəbərinə görə bu gün sel suları rayonun Sabir qəsəbəsindən keçən Pirsaat çayının üzərindəki avtomobil körpüsünün bir hissini dağıdıb, hazırda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Sel suları çay kənarındakı bir neçə elektrik dirəyini aşıb, içməli su xəttinə ziyan vurub.