RUSİYA

Rusiyada baş verən yanğında iki nəfər ölüb

Yanğının səbəbləri araşdırılır
Sputnik

BAKI, 7 aprel - Sputnik. Moskva ətrafında baş vermiş yanğın zamanı 2 nəfər ölüb.

Sputnik Azərbaycan bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, Oerxovo-Zuyevo qəsəbəsində yaşayış evlərinin birində baş vermiş yanğın barədə məlumat gecə saatlarında daxil olub. Yanğın söndürülsə də, qalıqlar altından iki nəfərin cəsədi aşkarlanıb. Daha bir nəfər isə xəsarət alıb.

Yanğının səbəbləri araşdırılır.