HADİSƏ

Gəncə-Moskva təyyarəsində bomba həyəcanı

Məlumatı verən 48 yaşlı Firuz Abdullayev saxlanılıb
Sputnik

BAKI, 6 aprel — Sputnik. Gəncə-Moskva reysi ilə uçmalı olan təyyarənin sərnişinlərdən biri təyyarəyə bomba qoyması barədə bələdçiyə məlumat verib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, təyyarəyə baxış keçirildikdən sonra məlumatın yalan olduğu üzə çıxıb.

Məlumatı verən 48 yaşlı Firuz Abdullayev saxlanılıb. İçərisində 174 sərnişin olan Ural Hava Yollarına məxsus təyyarə isə təyinatı üzrə Moskvaya uçub.

Qeyd edək ki, hadisə dünən Gəncə hava limanı ərazisində qeydə alınıb.