HADİSƏ

Bakıda özünü məktəbin pəncərəsindən atan şagird öldü

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb
Sputnik

BAKI, 6 aprel — Sputnik. Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə mərhumun anası Sevil Hüseynova məlumat verib.

Təcili yardım maşınından təyinatına uyğun olmayan hərəkət

Səhiyyə Nazirliyi də faktı təsdiqləyib.

Qeyd olunub ki, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.

Xatırladaq ki, aprelin 4-də Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Y.Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.