SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Elmar Məmmədyarov - Sergey Lavrov görüşü ilə bağlı məlumat yayıb

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib
Sputnik

BAKI, 5 aprel — Sputnik. Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. 

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. 

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.