CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vacib yolda sürət həddi endirilib

Yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir
Sputnik

BAKI, 5 aprel — Sputnik. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.