İQTİSADİYYAT

Qanunsuz heyvan kəsiminin qarşısını necə almaq olar - ekspert danışır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, administrativ yolla elə qəssabxanaları ləğv etmək mümkün olmayacaq
Sputnik

"Bakının Yasamal, Nizami, Binəqədi, Xətai, Nəsimi rayonlarında qanunsuz heyvan kəsiminə daha çox rast gəlinir". Bunu Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər və mövcud vəziyyət haqqında Trend-ə özəl açıqlamasında deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, alıcılar kəsilməsini gözü ilə gördükləri heyvan ətini almağa üstünlük verdikləri üçün müasir kəsim məntəqələri yaradılmayıb: “Bakı dünyanın azsaylı paytaxtlarındandır ki, qəssabxanaya çevrilib. Bazar tələb və təklif əsasında işləyir. Nə qədər ki, o tələblər var, administrativ yolla elə qəssabxanaları ləğv etmək mümkün olmayacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi apardığı işlərlə gərək əhalinin inamını qazansın və insanlar da başqa ölkələrdə olduğu kimi marketlərdən ət almağa üstünlük versinlər. Biz də əhalini maarifləndirməklə çalışırıq ki, Bakı sallaqxanalardan azad olunsun”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz