HADİSƏ

Nərimanov rayonunda ağır avtomobil qəzası olub

Bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub
Sputnik

BAKI, 5 aprel — Sputnik. Bakı şəhəri Nərimanov rayonunda Mercedes" və "Hyundai" markalı iki minik avtomobili toqquşub. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq xəstəxanaya aparılıb.

Hadisə nəticəsində "Hyundai" markalı avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.