RUSİYA

Moskva Putinlə Ərdoğanın növbəti görüşünə hazırlaşır

Liderlər açılış mərasimində nitq söyləyəcəklər
Sputnik

BAKI, 5 aprel — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan aprelin 8-i Moskvada bu ölkədən olan iş adamları ilə görüş keçirəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Bundan əlavə, danışıqlardan sonra liderlər Böyük Teatra gedəcəklər. Liderlər orada mədəniyyət və turizm illərinin açılışı mərasiminə qatılacaqlar: "Liderlər açılış mərasimində nitq söyləyəcəklər".