CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin Türkiyəyə göndərdiyi Ağsu sakini iki dəfə əməliyyat olunub - FOTO

Zaman Muradovun əməliyyatı Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilir
Sputnik

BAKI, 4 aprel — Sputnik. Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov Heydər Əliyev Fondunun dəstəyilə İstanbul şəhərindəki "Liv Hospital"da gözlərindən iki dəfə əməliyyat olunub.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu barədə Zaman Muradov özü məlumat verib.

Prezidentin Türkiyəyə göndərdiyi Ağsu sakini iki dəfə əməliyyat olunub - FOTO

O, bu gün səhər saatlarında Bakıya qayıtdığını bildirib: “Gözlərimdən iki dəfə əməliyyat olundum. Doğrudur, ağır əməliyyat keçdi. Amma şükürlər olsun ki, hər şey yaxşı oldu. Görmə qabiliyyətim əvvəlkinə nisbətən yaxşılaşıb. Amma müalicəm Bakıda davam etdiriləcək. Gözlərimi əməliyyat edən həkimlər Bakıda məni müalicə edən həkimlərlə mütəmadi olaraq əlaqə saxlayacaqlar”.

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Z.Muradov göz təzyiqi xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik".