HADİSƏ

Sumqayıtda qadın sürücülər qəza törətdi: Yaralanan var - FOTOLAR

"Renault" markalı avtomobilin sürücüsü ciddi xəsarət alaraq xəstəxanaya aparılıb
Sputnik

BAKI, 4 aprel — Sputnik. Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtda qadın sürücülər qəza törətdi: Yaralanan var - FOTOLAR

Sputnik Azərbaycan xeberle.com-a istinadən xəbər verir ki, ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yol qeydə alınıb. Belə ki, 90 CS 888 dövlət nömrə nişanlı "Renault" markalı avtomobil qarşıdan gələn 90 PU 618 dövlət nömrə nişanlı "Kia" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində "Renault" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Şəlalə Məmmədova baş nahiyəsindən ciddi xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Sumqayıtda qadın sürücülər qəza törətdi: Yaralanan var - FOTOLAR

Faktla bağlı araşdırma aparılır.