Səudiyyə kralı İraqa 1 milyard dollar hədiyyə edib

İraqda Səudiyyə Ərəbistanının puluna 100 min tamaşaçılıq stadion tikiləcəyi haqqında xəbər keçən ilin martında açıqlanmışdı
Sputnik

BAKI, 4 aprel - Sputnik. Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud İraqa bir milyard dollar hədiyyə edib.

ONA-nın xəbərinə görə, vəsait Bağdadda idman şəhərciyinin tikintisinə xərclənəcək.

Səudiyyə Ərəbistanının ticarət və sərmayələr naziri Məcid əl-Kasabi İraq prezidenti Bəhram Salehin Ər-Riyada səfəri zamanı ona kralın hədiyyəsi haqqında məlumat verib.

İraqda Səudiyyə Ərəbistanının puluna 100 min tamaşaçılıq stadion tikiləcəyi haqqında xəbər keçən ilin martında açıqlanmışdı.