BAKI, 4 aprel — Sputnik. Bu gün səhər saatlarında "Bakı metropoliteni"ndə qatarların hərəkətində gecikmə olub.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında gecikmənin səbəbindən danışıb.
Onun sözlərinə görə, metroda heç bir texniki nasazlıq olmayıb: "Xətdə heç bir nasazlıq yoxdur. Hər şey qaydasındadır. Sadəcə, gecikməyə səbəb sərnişinlərin qatarı ləngitməsi, qapıları tutub saxlamasıdır. Bu səbəbdən də stansiyalara nəzarət gücləndirilib".