CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur uşaq qidası satışdan çıxarıldı – RƏSMİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb
Sputnik

BAKI, 4 aprel — Sputnik. Agentliyin 1003 "Çağrı Mərkəzi"nə "Malyutka–2" əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Məşhur uşaq qidası satışdan çıxarıldı – RƏSMİ

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində "Malyutka-2" əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Məşhur uşaq qidası satışdan çıxarıldı – RƏSMİ

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər "Malyutka–2" əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Məşhur uşaq qidası satışdan çıxarıldı – RƏSMİ

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.