Ermənistan parlamentində yanğın olub

Parlamentin “Binaya xidmət və təmir” bölməsində yerləşən kabinetlərdən birinin bütün mebelləri tamamilə yanıb
Sputnik

BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də gecə Ermənistan parlamentində yanğın olub.

Sputnik Armeniya xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Aprelin 4-də gecə 01:38 radələrində FHN-ə qanunverici orqanın birinci korpusunda yanğın barədə məlumat daxil olub.

Yanğın nəticəsində parlamentin “Binaya xidmət və təmir” bölməsində yerləşən kabinetlərdən birinin bütün mebelləri, tamamilə, yanıb.

Yanğın yarım saat ərzində söndürülüb.