CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan “Diqlas”da maddi yardım ödənilməsinə başlanacaq

Şahin Mustafayev qeyd edib ki, Prezident tərəfindən ilkin olaraq maddi yardım üçün 3 milyon manat ayrılıb
Sputnik

BAKI, 4 aprel — Sputnik. “Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlara maddi yardım çərçivəsində ilkin ödənişlərə sabahdan başlanacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

"Diqlas" məsələsində gözlənilməz dönüş

Nazirin sözlərinə görə, bununla bağlı hazırlanmış qaydalara əsasən, ziyan çəkən sahibkarlar müvafiq ərizə formalarını dolduraraq müraciət edəcəklər.

"Sahibkarlar ərizə ilə müraciət edib, “Kapital Bank” və ya “TuranBank” kartları vasitəsilə bu xidmətdən yararlana biləcəklər. Banklar kartları və xidmətlərini pulsuz təqdim edəcəklər və heç bir komissiya tutulmayacaq", - deyə nazir bildirib.

Məbləğə gəldikdə isə nazir qeyd edib ki, Prezident tərəfindən ilkin olaraq maddi yardım üçün 3 mln. manat ayrılıb: "Maddi yardım ilkin olaraq mağaza sahibkarlarına 10 min manat həcmində, piştaxta sahiblərinə 2 min manat həcmində ödəniləcək. Ziyanın məbləği dəqiqləşəndən sonra tam ziyanın həcmi sahibkarlara ödəniləcək".