RUSİYA

Terrora cəhddə təqsirləndirilən azərbaycanlıya hökm oxunub

Mərkəzi Uralda terror törətmək istəyən bu şəxs 15 il azadlıqdan məhrum edilib
Sputnik

BAKI, 3 aprel - Sputnik. Rusiyada terrora cəhddə təqsirləndirilən azərbaycanlıya hökm oxunub.

ONA-nın verdiyi məlumata görə, Mərkəzi Uralda terror törətmək istəyən bu şəxs 15 il azadlıqdan məhrum edilib.  Rusiya vətəndaşı olan həmin şəxsin Yaxın Şərqdə hazırlıq keçdiyi bildirilir.

İstintaq materiallarına əsasən, 2017-ci ilin qışında Azərbaycan əsilli şəxs gizli şəkildə Suriyaya daxil olub və öz təşəbbüsü ilə “Cəhat ən-Nüsra” terror təşkilatına qoşulub. Təlim düşərgəsində döyüş və diversiya hazırlığı keçib.

Rusiyaya qayıtdıqdan sonra Uralda terror törətməyə hazırlaşsa da, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ifşa edilib.