Xarici işlər nazirləri Türkiyənin S-400 almasını müzakirə edəcəklər

Almaniyanın xarici işlər naziri açıqlama verib
Sputnik

BAKI, 3 aprel — Sputnik. Aprelin 3-4-də Vaşinqtonda keçiriləcək NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısında Türkiyənin Rusiyadan S-400 raket sistemlərinin alınması ilə bağlı müzakirələr aparılacaq.

Sputnik Türkiyə xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

"Vaşinqtonda keçiriləcək toplantıda bu məsələni müzakirə edəcəyik", - deyə o bildirib.

Daha əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) S-400-lərin alınması ilə bağlı F-35-lərin Türkiyəyə tədarükünün təxirə salındığını açıqlayıb. Daha sonra türkiyəli pilotlar üçün təlim uçuşlarının dayandırıldığını bildirib.