BAKI, 3 aprel — Sputnik. Rusiyanın xalq artisti, rus kinosunun əfsanələrindən sayılan aktyor Aleksey Buldakov ömrünün 69-cu ilində dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Rusiya Kino Aktyorları Gildiyası - Kinematoqrafçılar İttifaqının mətbuat xidməti məlumat yayıb.
Aktyorun ölümünə səbəb damarındakı trombun partlaması olub. Kinematoqrafçılar İttifaqından bildiriblər ki, Buldakovun ölümü barədə ətraflı məlumat yoxdur. Çünki o, qastrolda olarkən dünyasını dəyişib.
Xatırladaq ki, Buldakov Aleksandr Roqojkinin rus ovu, balıq tutması, siyasəti və digər milli xüsusiyyətlərindən bəhs edən silsilə filmlərinin (Milli ovun xüsusiyyətləri, Milli balıq ovunun xüsusiyyətləri və s.) qəhrəmanı olub. O, bu filmlərdə general Buldakov, general İvolgin və s. obrazları canlandırıb. Buldakov, həmçinin "Şirli-mırli", "Sahə", "Hirler kaput!", "Günəşdən usanmışlar 2: Qarşıdurma" kimi filmlərdə də bir-birindən maraqlı obrazlar yaradıb.