CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının mərkəzində Mədəniyyət Nazirliyinə məxsus binada yanğın baş verib

Yanğında binanın üçüncü mərtəbəsinin bir hissəsi və damı zərər çəkib.
Sputnik

BAKI, 3 aprel - Sputnik. Bu gün səhər saatlarında Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində yanğın baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, aprelin 3-də saat 08:10 dəqiqədə "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 142 ünvanında yanğın olması barədə məlumat daxil olub. 

Dünənki yanğın acı həqiqəti üzə çıxarıb

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib. 

Məlum olub ki, yanğının baş verdiyi bina Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasıdır. Hadisənin şahidləri yanğının səhər saat 7-8 radələrində başladığını bildiriblər. Yanğın artıq söndürülüb. 

Yanğında binanın üçüncü mərtəbəsinin bir hissəsi və damı zərər çəkib. İnsidentin nədən baş verdiyi hələ dəqiqləşməyib. İlkin ehtimala görə, yanğın elektrik xəttlərində yaranmış qısaqapanma nəticəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Xoşbəxtlikdən zərərçəkən yoxdur.