BAKI, 2 aprel — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində A.F.Mojaysk adına Hərbi-Kosmik Akademiyasında partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə regionun təcili yardım üzrə xidmətinin rəsmisi bildirib.
İlkin məlumata görə, ikinci mərtəbədə yerləşən tədris sinfində mina işə düşüb.
Nəticədə dörd kursant xəsarət alıb. Bundan əlavə, ikinci mərtəbəyə aparan pilləkən də uçub. Nəticədə, təxminən, 20 nəfər binanı tərk edə bilməyərək, xilasedicilərin yardımını gözləməli olublar.
Kursantlar və müəllimlər təxliyə ediliblər.
A.F.Mojaysk adına Hərbi-Kosmik Akademiyasında Rusiyanın ən böyük ali məktəblərindən biridir. Akademiyada Hərbi-Kosmik Qüvvələri və digər qoşun növləri və birləşmələri üçün zabitlər hazırlanır.