BAKI, 2 aprel — Sputnik. Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı öz ifaları ilə türk tamaşaçıları valeh etməkdədir.
Türk layihəsi olan "Gənc səhnə"nin təşkilatçıları müğənnini Türkiyəyə dəvət edib ki, o, televiziya tamaşaçıları üçün öz repertuarından bir neçə kompozisiya ifa etsin. Babaşlı iştirakçısı olduğu verilişdən hazırlanan kiçik çarxları Instagram sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
Baxmayaraq ki, müğənni özünün ilk addımlarını atır, onun mahnıları günü-gündən sosial şəbəkələrdə izlənmə sayına görə rekord vurur. Bu dəfə onun sözügedən proqramdakı çıxışı türk tamaşaçıların ağlını başından alıb.
Babaşlı Bakı Dövlət Universitetinin tələbəsidir. O, eyni zamanda gitara və pianoda ifa edir. O, Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil etməyi arzulayır. Hazırda Babaşlı öz üzərində daha çox işləyir, çünki "O səs Türkiyə" layihəsinin seçimlərində iştirak etməyi planlaşdırır. Gənc ifaçı müxtəlif dillərdə və janrlarda oxuyur. Onun kompozisiyalarının əksəriyyəti yaxın xarici ölkələrə, əsasən də Türkiyəyə aiddir. O, qardaş ölkədə ən çox Murad Göyəbaxanın "Ay üzlüm" mahnısının möhtəşəm ifası ilə məşhurlaşıb.